
Tanınmış repçi Səid Əliyev (Dado) “Səhər-Səhər” proqramında maraqlı açıqlamaları ilə yadda qalıb. “Gununsesi.org” xəbər verir ki, ifaçı proqramda müğənni Natavan Həbibi ilə ayrılıq xəbərlərinə münasibət bildirib:
“Bu söz-söhbətdən bezib-iyrənmişəm. Hamı elə danışır ki, elə bil yaxınımızdır. Mənim həyatımda baş verənlər başqasında nə dəyişdirir? Biz niyə bir-birimizin dalınca danışırıq? Millətin çox faizi yaxşıdır, amma bəziləri ortada söz gəzdirir”.
Dado eyni zamanda Natavanın mərd olduğunu qeyd edib: “Natavan mərd, kişi kimi qızdır. Mənim ürəyimi oğurlayan ancaq mərd qız ola bilərdi. Özüm xaraktercə mərd, düzgün olmağı xoşlamışam. Onu çox sevirəm”.
















