Samuxda traktor aşdı - YARALILAR VAR

  • By admin
  • 22 May 2018 14:22

Samux rayonunda traktorun aşması nəticəsində xəsarət alan sürücünün adı məlum olub.

“Report”un Qərb bürosu xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü Fəxrəddin Əhmədov idarə etdiyi traktorla fəhlələri əkin sahəsinə apararkən idarəetməni itirib və traktoru aşırıb. Nəticədə sürücü və traktorun qoşqusunda olan fəhlələr xəsarət alıblar. Sürücünün vəziyyəti ağır olduğundan o, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən F.Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

***12:39

Samux rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsində baş verib. İdarəetmədən çıxan traktorun aşması nəticəsində xəsarət alan sürücü və traktorda olan sərnişinlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.