Sanksiya qoyulmuş rusların var-dövlətini axtaran beynəlxalq qrup işinə başlayıb

  • By admin
  • 16 Mart 2022 21:59

ABŞ Maliyyə Nazirliyi sanksiyalara məruz qalan rusiyalıların aktivlərinin axtarışı və onlara həbs qoyulması ilə bağlı beynəlxalq idarələrarası işçi qrupunun fəaliyyətə başladığını elan edib.

Gununsesi.info xəbər verir ki, REPO (Russian Elites, Proxies and Oligarchs) adlanan qrupa ABŞ-dan başqa, Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya, Fransa, Kanada, Avstraliya və Avropa Komissiyası daxildir.

Adıçəkilən dövlətlər REPO-da işləmək üçün maliyyə, ədliyyə və daxili işlər nazirliklərinin nümayəndələrini göndərəcəklər. İşçi qrupunun ilk iclasının iştirakçılarına 50 rusiyalının siyahısı verilib.

Siyahıda Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, oliqarxlar Oleq Deripaska, Yuri Kovalçuk, Arkadi və Boris Rotenberqlər, İqor Seçin, Alişer Usmanov və Gennadi Timçenko da var.

Gununsesi.info