Sarkisyan öz xoşuna deyil, ağasının diqtəsi ilə kadr dəyişikliyi edir - DEPUTAT

  • By admin
  • 03 Oktyabr 2016 16:28
asimmm
“Serj Sərkisyan son kadr dəyişikliklərini öz xoşuna  etmir. Ağaları onu buna  vadar edirlər”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Asim Mollazadə son günlərdə Serj Sarkisyanın öz komandasında etdiyi kadr dəyişikliklərinə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, baş verən prosesləri  növbəti ildə S. Sarkisyanın Ermənistanda baş nazir postuna hazırlığı kimi də dəyərləndirmək olar. “O da  bu prosesə astaca hazırlaşır”- deyə, millət vəkili vurğualyıb.
Digər əsas məqamı diqqətə çatdıran millət vəkili bildirib ki, Ermənistan müstəqil ölkə olmadığından burada gedən siyasi prosesləri də  gedən siyasi qanunauyğunluq formasında şərh edəsən.”Ermənistan müstəqil ölkə olmadığından buradakı siyasi proseslər də kənardan idarə olunur və Serj Sərkisyana da   baş verən proseslərə uyğun olaraq məsləhətlər, göstərişlər, tövsiyyələr verilir. O da bu təvsiyyə və tapşırıqları icra edir.Kadr dəyişiklikləri də həmçinin, ona  tövsiyyə edilən kadrı işdən çıxarıb yerinə məsləhət bilinən kadrı təyin edir. Odur ki, Ermənistanda baş verən proseslər və kadr dəyişiklikləri onun istəyi ilə baş vermir”- deyə, A.Mollazadə bildirib.
tofiq
Politoloq Tofiq Abbassov da hesab edir ki, Ermənistandakı son kadr  dəyişikliklərini xarici qüvvələrin əli ilə edilir.
Ermənistandakı son kadr dəyişiklikləri barədə  mövqeyini Gununsesi.info-ya  açıqlayan politoloq Tofiq Abbasov deyib ki, baş verən hadisələr  ilk növbədə aprel döyüşlərindən sonra  Ermənistanın yaşadığı acə məğlubiyyətin nəticələridir.”Çünki ondan sonra  S. Sərkisyan bu məğluiyyətin məsuliyyətindən qaçmaq üçün bütün günahı generalların üzərinə yıxmaq istəyir. “Düzdür aprel döyüşlərinə görə, generalların məsuliyyət daşısa da, Serj Sarkisyan bu uğursuzluğa görə məsuliyyətdən boyun qaçıra bilməz. Çünki o, özü Ermənistanın ali Baş komandanı kimi apreldə Qarabağ cəbhəsindəki  məğlubiyyətə görə bütün baş verənlərə məsuliyyət daşıyır. Odur ki, S. Sarkisyan komandasında rotasiya yolu ilə məsuliyyətdən qaçmağa çalışır”- deyə, politoloq əlavə edib.
Politoloq onu da  bildirdi ki,  Ermənistanda baş verən bu kadr dəyişikliklərində xarici qüvvələrin əlinin olduğunu istisna etmədi: “Hələ zamanında Sarkisyan Xarici işlər naziri  vəzifəsini başqa şəxsi yoqmaq istəyirdi, ancaq Moskvanın təkidi ilə Edvard Nalbandyan nazir təyin edildi. Yeni  müdafiə naziri də çox güman ki, xarici qüvvələrin əli ilə  təyin edilib.Bu yolla bu ölkədə təsiri olan xarici qüvvələr Serj Sarkisyan hakimiyyətini sakitcə hakimiyyətdən uzaqlaşdırmaq yolunu tutublar. Ermənistanda  siyasi təsiri olan xarici qüvvə yaxşı anlayır ki, S. Sarkisyan hakimiyyətdə qaldıqca Azərbaycanla kompromiss axtarmaq mümkün deyil. Ona görə də, S. Sərkisyan komandasında “Qarabağ” klanına aid olmayan  qüvvələri hakimiyyətə gətirirlər. Bu yolla kriminal dəstə olan “Qarabağ” klanını hakimiyyətdən uzalqaşıdmaq istəyirlər. Necə ki, yeni müdafiə naziri “Qarabağ” klanına aid deyil, digərləri də bu klana məxsus olmayan kadrlar olacaq və bu proses 2017-ci ilin ortalarınadək davam edəcək. parlaent seçkilərindən sonra S. Sarkisyan  və onun komandası hakmimiyyətdən uzaqlaşdırılacaq”.
Mürtəza
Gununsesi.info