Şarl Mişeldən üçtərəfli görüşlə bağlı İLK AÇIQLAMA

  • By admin
  • 14 May 2023 20:55

Üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb.

Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

“İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik”, – Şarl Mişel bildirib.

Gununsesi.info