Savçenko Gununsesi.info-ya danışdı - EKSKLÜZİV (FOTO)

  • By admin
  • 21 İyun 2016 18:19

savchenko

 

Rusiya dünyada  sülhə və sabitliyə təhlükədir

 

Rusiyada həbs edilən Ukraynanın milli qəhrəmanı, qadın pilot Nadejda Savçenko Gunusnesi.info-ya eksklüziv açıqlama verib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında iştirak edən Savçenko Gununsesi.info-ya açıqlamasında dünyada insan haqlarına dair vəziyyət barəsində danışıb. O, Rusiyada insan haqlarının pozulmasına toxunaraq mövcud vəziyyətin davam edə bilməyəcəyini qeyd edib. Ukraynalı milli qəhrəman bildirib ki, müasir dünyada insan hüquqları bir ölkənin daxili işi deyil. “Bu siyasətlə Rusiya dünyada heç vaxt uğur qazana bilməz. Rusiya dünyada  sülhə, əmin-amanlığa, sabitliyə və bəşəriyyətə təhlükədir”, – deyə o əlavə edib.

Savçenko həmçinin Azərbaycanda da insan haqlarına dair məsələlərlə maraqlanıb.