Saxta pulla qoyun alan şəxs saxlanıb

  • By admin
  • 29 Mart 2018 21:52

Ağsu rayonunda heyvan bazarında saxta pulla qoyun alan şəxs saxlanılıb. Sumqayıtda tutularaq Ağsuya gətirilən şəxs 6 ədəd saxta 100 manatlıq əskinasla vətəndaşı aldadıb.

Gununsesi.info xezerxeber.az-a istinadən bildirir ki, Ağsunun Ağarx kənd sakini İlyas Musayev rayonun heyvan bazarında 600 manat müqabilində 5 baş qoyun satıb. Bir müddət sonra pulların saxta olduğunu bilib və polisə müraciət edib. Polis keçirdiyi əməliyyatla vətəndaşı saxta pulla aldadan Sumqayıt sakinini saxlayıb.

Bəhruz Nəcəfov ifadəsində saxta əskinasları Dağıstan vətəndaşından sakinindən aldığını deyib.

Hadisənin təfərrüatları araşdırılır.

Gununsesi.info