Seçiciləri təhqir edən deputatın məsələsinə baxılacaq - İNTİZAM KOMİSSİYASINDA

  • By admin
  • 26 Dekabr 2016 11:11
aqacan
Məcburi köçkün və qaçqınları təhqir edən deputatın məsələsinə  Milli Məclisin İntizam komissiyasında baxılacaq.
 Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abiyev deyib.
Onun sözlərinə görə, dekbarın 30-da Milli Məclisin növbəti plenar iclasında  deputatla görüşüləcək  və onunla bu barədə söhbətləşiləcək.
“Mən İntizam komissiyasını yığaram və üzvlərə müzakirə edib qərar verərik”- deyə, komissiya sədri vurğulayıb.
 Komissiya sədri eyni zamanda, Astan Şahverdiyevin verdiyi müsahibədən xəbərsiz olduğunu da deyib.
Mürtəza 
Gununsesi.info