Manuel Noyer ilin ən yaxşı qapıçısı seçilib

  • By admin
  • 26 Dekabr 2016 11:13

noyer

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən “İlin ən yaxşı qapıçısı” üzrə sorğunun qalibi məlum olub.

 Gununsesi.info qurumun rəsmi saytına istinadla xəbər verir ki, Almaniyanın “Bayern Münxen” futbol komandasının qolkiperi Manuel Noyer 2016-cı ilin ən yaxşı qapıçısı seçilib.

İFFHS-in rəsmi internet saytında 56 ölkənin media nümayəndələri və idman mütəxəssislərinin iştirakı ilə keçirilən sorğuda M.Noyer 156 xal toplayıb. Bununla da o, İtaliya millisinin və “Yuventus”un qapıçısı Canluici Buffon kimi ardıcıl dördüncü dəfə bu mükafatın sahibi olub. İtaliyalı əfsanə C.Buffon bu dəfə 91 xalla ikinci pillə ilə kifayətlənib. Portuqaliya milli komandasının və “Sportinq”in qolkiperi Rui Patrisio isə 50 xalla üçüncü yerdə qərarlaşıb.

Gununsesi.info