Seçkidən sonra gürcü müxalifəti dağılmağa başlayıb

  • By admin
  • 10 Oktyabr 2016 17:15
irkli
Artıqseçkilırdə qalib gələcəklərinə iddia edən qərbyönümlü partiyanın liderləri parlament seçkilərindən sorna siyasətdən getmək barədə qərar veriblər.
Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki,  müxalifət “Azad demokratlar” Partiyasının  lideri, sabiq müdafiə naziri İrakliy Alasaniya  partiya sıralarından istefa verərək siyasətdən getdiyini bəyan edib: “Müvəqqəti olaraq siyasətdən getmək barədə qərar verdim. Harada olmağımdan asılı olmayaraq, Gürcüstanən əsgəri olaraq qalacağam.Dövlətin və xalqın yanında olacağam. Odur ki, bütün məni dəstəkləyən insanlara öz dərin minnətdarığımı bildirirəm. Partiya aktiv fəaliyyətini davam etdirəcək və  yeni tərkibdə  yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edəcək”.
O deyib ki,növbəti seçkilərdə yeni tərkiblə seçkilərə qatılmaq niyyətindədir.
Qeyd edək ki, İ.Alasaniya mövcud hakimiyyətə əsas müxalif simalardan biri idi.  Qoridən majoritar qaydada namizədliyini irəli sürə İ.Alasaniya seçicilərin 19,38%-nin səsini toplaya bilib.
 “Azad demokratlar”ın liderlərindən olan Baş katib, sabiq Avropa və Avro-Atlantik məkana inteqrasiya məsələləri üzrə  dövlət naziri  Aleksi Petriaşvili partiya sıralarında istefa verərək siyasətdən getdiyini bəyan edib. A. Petriaşvili bəayn edib ki, o, bundan sonra yeni ampulada fəaliyyət göstərəcək: “Biz yaxşı və Avropa Gürcüstan uğrunda mübarizə apardıq. Bundan sonra biz bundan sonra baqa ranqda  və başqa sahədə fəaliyyətimizi davam etdirəcəyik”.
Gununsesi.info