Seçkiləri 894 beynəlxalq müşahidəçi izləyəcək

  • By admin
  • 10 Aprel 2018 16:04

Sabah keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

Gununsesi.info MSK-nın Media və ictimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

Gununsesi.info