Seçkiqabağı AKP-də daxili gərginlik yaşanır

  • By admin
  • 31 Mart 2023 10:13

Prezident seçkiləri öncəsi Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında daxili gərginlik yaşanır.

Gununsesi.info-nun türk mediasına istinadən verdiyi xəbərə görə, AKP-nin xalq arasında reytinqinin düşməsinə səbəb kimi partiyanın ayrı-ayrı funksionerlərinin fəaliyyəti də olub.

Bu vəziyyəti dəyişmək üçün AKP lideri Ərdoğan seçkiöncəsi təşkilat daxilində təmizləmələrə başlayıb.

Dünən AKP-nin üç böyük şəhər  İzmir, Karabük və Karaman şəhərlərinin sədrləri dəyişdirilib.

Ekspertlər deyir ki, Ərdoğan xalqın narazı qaldığı nazirləri də yaxın zamanlarda kənarlaşdıracaq və xalq arasında nüfuzu olan şəxsləri öz komandasının üzvü kimi təqdim edəcək.

Ancaq bəzi müşahidəçilər hesab edir ki, Ərdoğanın kənarlaşdırmağa hazırlaşdığı bəzi şəxslər seçkidə ona ciddi problemlər yarada bilər.

Tərcümə:

Afət