Seçkiqabağı vədlərinə əməl etməyən meri yük maşınına qoşub sürüdülər

  • By admin
  • 09 Oktyabr 2019 19:47

Meksikanın Las Marqaritas şəhərinin meri Xorxe Luisa Eskandonu administrasiyadan çıxararaq yük maşınına bağlayıb şəhər küçələrində sürüyüblər.

Gununsesi.org xəbər verir ki, bu barədə Rusiyanın lenta.ru portalı məlumat yayıb. Məlumata görə, səbəb merin seçkiqabağı verdiyi vədlərə əməl etməməsi olub. Şəhər rəhbəri yolların təmir ediləcəyini də söz verib, amma reallaşdırmayıb.

Merin köməyinə gələn polislərlə əhali arasında qarşıdurma yaranıb. 10 nəfər xəsarət alıb, 11 nəfər saxlanılıb.

Şəhər merinə lazımi tibbi yardım göstərilib.

 

 

Gununsesi.org