Rusiyada keçirilən dünya çempionatı davam edir.
Gununsesi.info xəbər verir ki, H qrupunda mübarizəyə start verilib.
Qrupun ikinci oyununda isə Polşa və Seneqal münasibətlərinə aydınlıq gətirib. Seneqal 37-ci dəqiqədə Tyaqo Rangel Çionekin avtoqolu ilə hesabda önə keçib. 60-cı dəqiqədə M’Baye Nianq fərqi artırıb. 86-cı dəqiqədə Qreqori Kriçovayk Polşanın təsəlli qouna imza atıb. Beləliklə, Seneqal 2:1 hesablı qələbə qazanıb.
Bununla qrup mərhələsində ilk tur başa çatıb.
Qeyd edək ki, qrupun ilk oyunu Kolumbiya və Yaponiya arasında baş tutub. Yaponlar 2:1 hesablı qələbə qazanıb.
DÇ-2018
F qrupu
I tur
19 iyun
Polşa – Seneqal
Qollar: Qreqori Kriçovayk, 86 – Tyaqo Rangel Çionek, 37 (avtoqol). M’Baye Nianq, 60.
Baş hakim: Navaf Şhukralla (Bghreyn).
Moskva. “Otkritie Arena”.