Seneqalda qətliam kimi qəza: 40 nəfər can verdi

  • By admin
  • 09 Yanvar 2023 20:24

Seneqalda iki avtobusun bir-birinə çırpılması zamanı 40 nəfər həlak olub, 78 nəfər yaralanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ağır qəzadan sonra ölkədə 3 günlük milli yas elan edilib.

Qərarı ölkə Prezidenti Maki Sall açıqlayıb. Milli Xilasetmə Qurumunun verdiyi açıqlamaya görə, olay paytaxt Dakardan 250 km. uzaqda yerləşən Kəffrin şəhəri yaxınlığında yaşanıb.

Maki Sall özünün sosial media hesabından paylaşdığı açıqlamada həyatını itirənlərin ailələrinə başsağlığı diləklərini çatdırıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info