“Separatçılar Azərbaycan ordusunun planlarından qorxurlar” -Politoloq

  • By admin
  • 03 Avqust 2022 09:35

“Qarabağdakı erməni separatçılar Azərbaycan ordusunun planlarından qorxurlar”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, separatçılar anlayırlar ki, sonsuza qədər əli silahlı dolaşa bilməyəcək və təxribatlarına adekvat cavab veriləcək:

“Separatçılar bundan qorxduqları qədər bölgədə yaşayan erməniləri sakitliyə çağırırlar ki, panika başlamasın. Çünki mümkün hərbi toqquşmadan separatçılardan da çox Qarabağdakı erməni sakinlər qorxurlar. Anlamamış deyillər ki, növbəti toqquşma nəticəsində bölgəni yenə də tərk etməli olacaqlar”.

Gununsesi.info