Serbiyada silah-sursat zavodunda GÜCLÜ PARTLAYIŞ

  • By admin
  • 15 Avqust 2022 20:11

Serbiyanın Valyevo şəhərindəki “Krusik” silah-sursat zavodunda partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində bir işçi yaralanıb. Xəstəxanaya aparılan işçiyə ilkin tibbi yardım göstərilib, müayinədən sonra evə buraxılıb.

Partlayışın səbəbinin müəyyən olunması üçün zavodda xüsusi komissiyanın yaradıldığı bildirilib.

Gununsesi.info