Serbiyada zavod partlayıb, ölən və yaralanan var

  • By admin
  • 24 Yanvar 2022 16:47

Serbiyanın qərbindəki Sremska-Mitrovitse şəhərində kimyəvi gübrə zavodunda partlayış baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub.

Daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun həyatına təhlükə olmadığı deyilir.

Partlayış zamanı kimyəvi maddələrin sızmasının baş vermədiyi bildirilib.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

 

Gununsesi.info