
“Biz ötən il Fələstin və İsrail liderləri arasında keçirilən sülh danışıqlarına ev sahibliyi etməyə hazırd idik. Bu gün də eyni şəkildə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq”.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fələstin Qurtuluş Təşkilatının baş katibi Saib Ureyqatla görüşü zamanı belə deyib.
S. Lavrov bildirib ki, Fələstin-İsrail liderləri arasında aparılan danışıqların dayandırılmasından Rusiya narahatdır: “Bu həftə bir qrup fələstinli fəalın Moskvaya səfəri planlaşdırılır. Əgər fələstinlilər öz aralarındakı birliyi təmin edərlərsə, o zaman İsrail tərəfi ilə aparılan danışıqlarda lazımi nəticə əldə etmək mümkün olar” -, deyə nazir əlavə edib.
Anar
Gununsesi.info












