Sergey Lavrov və Reks Tillerson Suriya məsələsini müzakirə edib

  • Müəllif: admin
  • 09 Aprel 2017 08:00

Lavrov ve Tillerson

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Reks Tillersonla Amerikanın Suriyadakı hərbi bazaya endirdiyi raket zərbəsini müzakirə edib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir. Lavrov qeyd edib ki, ABŞ-ın hərəkətləri ekstremistlərin xeyrinədir, “ABŞ öz hərəkətləri ilə regional və qlobal təhlükəsizliyə əlavə təhlükə yaradır”.

“XİN  rəhbərləri Suriya nizamlanmasına dair məsələlərin müzakirəsini təkbətək görüşdə davam etdirilməsinə dair razılığa gəliblər”, – deyə məlumatda bildirilir.

Lavrov kimyəvi silahdan istifadəyə dair Suriyanın ünvanına səsləndirilən ittihamları rədd edərək insidenti hərtərəfli, obyektiv və peşəkar səviyyədə araşdırmağa çağırıb.

Gununsesi.info