Sergey Şoyqu- Toy generalı

  • By admin
  • 14 Noyabr 2021 20:17

XIX yüzillikdə Rusiyada bir ənənə vardı. Aristokrat ailələr hər hansı məclis zamanı istefada olan generalı da dəvət edirdilər ki, məclisə ağırlıq qatsın, sanballı görünsün.
Maral çobanı, heç bir hərbi təhsili olmayan, hətta hərbi xidmətdə olmayan general Şoyqu da belə biridir. Şoyqunun müdafiə naziri olmasının yeganə səbəbi Putinə çox sadiq olmasıdır. Onu tayqadan çıxarıb, Moskvada lüks şəraitə çatdıran Putinə ən sadiq adamlardan biridir.
Rusiyadakı məlum rejimi bilirsiniz, əsl general orada müdafiə naziri ola bilməz. Hərbi çevriliş ehtimalı bunu mümkünsüz edir. Putinə özü kimi korrupsiyaya bulaşmış, gözükölgəli məmurlar lazımdır ki hakimiyyəti əldə saxlaya bilsin. Vaxtının çoxunu kabinetində yox, Rublyevkada villasında rəsm çəkməklə, hərəmi ilə əylənməklə keçirən Şoyqunun korrupsiya hesabına qazanılan ailəsi və qohumlarının böyük sərvəti hamıya məlumdur.
Rusiya ordusunun həqiqi başçısı, beyni isə baş qərargah rəisi Oleq Gerasimovdur. Putin xarici səfərlərə özü ilə onu aparır. ABŞ və digər ölkələrin hərbi rəhbərliyi də müzakirələri Oleqlə aparır.

Rusiyanın apardığı hibrid müharibənin müəllifi Gerasimovdur.

Altay