

“Ermənistan prezidenti Serj Sərkisyan son dövrlərdəki kadr islahatlar, eyni zamanda müdafiə nazirinin dəyişməsi bird aha göstərir ki, artıq o köhnə komandasına etibat etmir və qorxur. Məhz yeni müdafiə nazirinin təyinatı da bu qəbildəndir”.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu son günlərdə ermənistnda hakim komanda da baş verən prosesləri və təyinatları şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sərkisyanın hərbçi Seyran Ohanyanın əvəzinə 1975 doğumlu İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alan Viqen Sərkiysanı müdafiə naziri təyin etməsi orduda islahatlar aparması istəyi ilə bağlıdır.
“Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusunın əsgər və zabit heyəti tam komplekləşməyib, ərzaq və geyim təminatı aşağı səviyyədədir, ordudakı pullar yeyilib, generallar bu pullarla İrəvanda özlərinə villalar tikiblər və s. Yəni Serj Sərkisyan ordudakı bu vəziyyəti dəyişmək üçün müdafiə sistemini keçmiş administrasiya rəhbərinə etibar edib”- deyə, politoloq vurğualyıb.
E.Şahinoğlunun fikrincə, yəqin Sərkisyan düşünür ki, Qərb təhsili alan Viqen Sərkiysanı ordunu mükəmməl menecment əsasında quracaq, maliyyə oğurlanmayacaq: “Serj Sərkisyanın Ermənistan ordusunda oğurluğa son qoyulması istəyini anladım, bəs əgər müharibə başlayarsa akademik təhsil alan və Seyran Ohanyandan fərqli olaraq savaş təcrübəsi olmayan Viqen Sərkisyan vəzifəsinin öhdəsindən gələ biləcəkmi? Bunu yoxlamaq isə artıq Azərbaycan ordusunun vəzifəsidir”.
Mürtəza
Gununsesi.info