Sevda Ələkbərzadəyə Türkiyədən xüsusi təklif - VİDEO

  • By admin
  • 08 İyul 2022 14:52

Əməkdar artist Sevda Ələkbərzadə tezliklə pərəstişkarlarını sevindirməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, məşhur müğənni Türkiyənin məşhur musiqi şirkətindən maraqlı təklif aldığını açıqlayıb. Sənətçi bildirib ki, təklif çərçivəsində hazırlanan albomu sentyabrda işıq üzü görəcək:

“Sənətimi sevənlər üçün düşünürəm ki, bu, gözəl xəbərdir. Sentyabrda yeni albomum çıxacaq. Türkiyənin məşhur, peşəkar və keyfiyyətli caz qrupundan təklif aldım. Albom yazdırdıq. Maraqlı işdir. Türk, Azərbaycan və ümumiyyətlə dünya etnik caz musiqisinin sintezindən ibarət bir albomdur. Hələ ad açıqlamıram. Özünüz üçün yeni musiqiçilər kəşf edəcəksiniz”.

Gununsesi.info