Sevgilisi 51 yaşlı Pamelaya xəyanət etdi

  • By admin
  • 28 İyun 2019 16:02

Dünyaca məşhur aktrisa Pamela Anderson xəyanətə məruz qalıb. Gununsesi.org xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib. 

 51 yaşlı aktrisa yazıb ki, futbolçu sevgilisi Adil Rami onu aldadıb: “Bunu qəbul etmək çox çətindir. Həyatımın son iki ili böyük bir yalandan ibarətdir. Məni aldatdı. Onun iki fərqli həyatının olduğunu öyrənəndə məyus oldum. Bizim böyük sevgimiz vardı. Hamıya yalan danışdı. O, canavardır. Necə oldu ki, bir çox insanlara kömək etdim, amma özümə faydam toxunmadı. Ağıllı olmadım”.