Sevgilisi ilə sevişən gənc cinsi orqanına taxdığı üzüyü çıxara bilmədi - XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

  • By admin
  • 03 Yanvar 2018 15:08

İngiltərədə Yeni il gecəsi sevgilisi ilə cinsi əlaqədə olan gənc oğlan cinsi orqanına taxdığı üzüyü çıxara bilmədiyinə görə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info goldnews.az-a istinadən xəbər verir ki, həkim və tibb bacılarının bütün müdaxilələrinə rəğmən, üzüyü çıxarmaq mümkün olmayıb. Gedişata Fövqəladə Hallar Bürosunun əməkdaşları müdaxilə ediblər. 10 nəfərdən ibarət 2 qrup 6 saatlıq birgə əməliyyatın ardından üzüyü çıxarmağa müvəffəq olublar.

Suffolk bölgəsində Fövqəladə Büronun işçiləri adından açıqlama verən məsul şəxs xəstəxanada həkimlərin orqanda sıxılmış vəziyyətdə qalan halqanı çıxara bilmədikləri üçün onlardan kömək istədiklərini söyləyib. Bundan sonra xəstəxanaya göndərilən iki qrupun 6 saatlıq işinin ardınca cinsi orqandakı üzüyün həssas alətlər ilə kiçik parçalara ayrılaraq çıxarıldığını bildirilib.

Zərərçəkmişin hər hansı bir xəsarət alıb-almaması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, İngiltərədə bu, tez-tez qarşılaşılan bir hadisəyə çevrilib. Belə ki, 3 il öncə bu vəziyyətlə bağlı fövqəladə büro məkumatlandırıcı video yayımlayıb. Hadisə İngiltərənin ən çox danışılan xəbəri olub.

Gununsesi.info