Siyasi fəal, AXCP funksioneri Seymur Həzi cəza müddəti başa çatdığı üçün həbsdən azad edilib.
Gununsesi.org-un məlumatına görə, bu barədə onun qayınatası Tofiq Yaqublu Feysbuk sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, S. Həzi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 2014-cü il avqustun 30-da 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Gununsesi.org