Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb

  • Müəllif: Orxan
  • 27 İyul 2026 15:12

Xəbər verdiyimiz kimi, “Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətində ciddi problemlər yaranıb.

Gununsesi.info-nun xəbərinə görə, V. Məmmədov səhhətində yaranmış problemlə əlaqədar ötən həftə Penitensiar xidmətin müalicə müəssisəsinə köçürülüb.

Məlumata görə, artıq bir neçə gündür müalicə olunan baş redaktorun sağlıq durumunda müsbət irəliləyişlər var və səhhətində yaranmış problem tədricən aradan qalxmaqdadır.

Elmar

Gununsesi.info