Paşinyandan сanlı yayımda üzr istəməsini tələb edir

  • Müəllif: Orxan
  • 10 Sentyabr 2026 13:53

“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Baş nazir Nikol Paşinyandan üzr istəməsini və 3 milyon dram ödəməsini tələb edib.

Gununsesi.info xəbər verir ki, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan mayın 29-da Nikol Paşinyanın onun təhqiramiz hesab etdiyi ifadələri ilə bağlı baş nazirə qarşı məhkəməyə müraciət edib. Bu barədə Datalex sistemindəki məlumatlarda bildirilir.

Karapetyan 3 milyon dram təzminat və Paşinyanın ictimai şəkildə üzr istəməsini tələb edir.

İddia ərizəsinə əsasən, Paşinyan özünün rəsmi “Facebook” səhifəsində canlı yayım zamanı əvvəlcədən müəyyən edilmiş üzrxahlıq mətnini heç bir əlavə və şərh vermədən oxumalıdır.

Gununsesi.info