Ermənistan mallarına yeni güzəştlər olacaq

  • Müəllif: Orxan
  • 10 Sentyabr 2026 14:17

Avropa İttifaqı Ermənistan mallarına yeni güzəştlərin verilməsi məsələsinə baxacaq.

Gununsesi.info xəbər verir ki, Avropa Parlamenti sentyabrın 15-də Ermənistana gömrük güzəştlərinin verilməsi məsələsini müzakirə edəcək.

Söhbət Ermənistandan Avropa İttifaqı ölkələrinə idxal olunan bir sıra məhsullara gömrük rüsumlarının müvəqqəti olaraq ləğv edilməsindən gedir.

Qeyd olunur ki, ötən həftə Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi artıq bununla bağlı qərarı təsdiqləyib.

Gununsesi.info