Vəkil İlhamə Həsənova məhkəmə iclaslarında vaxt məsələsinə diqqət çəkib.
O, məhkəmə prosesində vaxtın yalnız vəkil üçün deyil, prosesin bütün iştirakçıları üçün əhəmiyyət daşıdığını vurğulayıb.
Vəkilin sözlərinə görə, məhkəmənin müəyyən etdiyi vaxta riayət olunması qədər, məhkəmənin özünün də iclasların başlanma saatına məsuliyyətlə yanaşması vacibdir.
İlhyamə Həsənova qeyd edib ki, məhkəmə iclasının bir neçə dəqiqə gec başlaması belə digər məhkəmə proseslərinə və həmin proseslərdə hüquqları müdafiə olunan şəxslərə təsir göstərə bilər.
“Məhkəmədə vaxt anlayışı yalnız vəkil üçün keçərli deyil”, – deyə vəkil bildirib və bu mövzuda diqqətçəkən sual ünvanlayıb:
Vəkilin vaxtına kim hörmət etməlidir?
Gununsesi.info mövzu ilə bağlı tanınmış vəkilin fikirlərini təqdim edir:












