“Rusiya Ermənistanı tərk edəndən sonra Cənubi Qafqaz rahat nəfəs alacaq”

  • Müəllif: Şəbnəm
  • 04 Sentyabr 2026 16:31

“Rusiya qonşularını Ermənistan ərazisindən çıxarmaq istəyir, İrəvan isə buna böyük məmnuniyyətlə “yaşıl işıq” yandırıb”.

Gununsesi.info bildirir ki, bu fikirləri hərbi eskpert Ədalət Verdiyev deyib:

“Şans yaranıb və Ermənistan ən qısa müddətdə Rusiyadan uzaqlasmalıdır. Rusiya hər bir müttəfiqini və immuniteti zəif olan qonşusunu nə zamansa cəzalandırır, ardınca fasiləsiz şərtlər irəli sürür, onunla yalnız təhdid dilində danışır”.

Onun fikrincə, qoşunların Ermənistan ərazisindən çıxarılması barədə Putinin son bəyanatı da təhdid xarakterlidir.

“Qafqazı qan gölünə cevirən Rusiyadır. Ermənistanın bu günə qədər məruz qaldığı itkilərin də səbəbkarı Kremldir. İrəvanın ən yaxın müttəfiqi olan Kreml hazırda İrəvanın ən böyük düşmənidir. Belə paradoksa başqa yerdə rast gəlmək mümkün deyil. Rusiya Ermənistanı tərk edəndən sonra Cənubi Qafqaz rahat nəfəs alacaq, qonşular ağıllı olsalar region əhalisinə firavanlıq gətirən bir günəş doğacaq”.

 

 

Firuzə

Gununsesi.info