Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) əməkdaşının sol aşıq baldır oynağı nahiyəsi amputasiya edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Report” TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, 1990-cı il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
Hazırda əməliyyat icra olunur.











