Professor İsrafil İsrafilovun doğum günüdür - Video

  • Müəllif: Şəbnəm
  • 10 Sentyabr 2026 13:00

Bu gün sənətşünaslıq doktoru, professor, teatrşünas, Azərbaycanın Əməkdar incəsənət xadimi İsrafil Ramazan oğlu İsrafilovun doğum günündür.

Gununsesi.info xəbər verir ki, İsrafil İsrafilov 40 ilə yaxındır ki, Azər­baycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir və müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir.

Tanınmış alim Rusiya, İraq, Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı, İran, Ru­mıniya, Küveyt, Avstriya, Cənubi Koreya kimi ölkələrdə keçirilən beynəlxalq sim­pozium və konfranslarda respublikamızın elmi ictimaiyyətini təmsil edib. 

İsrafil İsrafilov filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor, bir çox beynəlxalq və respublika mükafatları laureatı, Azərbaycanın Əməkdar incəsənət xadimi, Türk­dilli ölkələrin dövlət teatrları şurasının sədri, Teatr Xadimləri İttifaqının idarə heyətinin və Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının, eləcə də Beynəlxalq 

Muzeylər Assosiasiyasının üzvüdür. O,  ayrı-ayrı illərdə “Qızıl qələm”, “Qızıl dərviş”, “Humay”, “Ən yaxşı vətənpərvər tədqiqatçı alim”, “Haldun Taner”, “Cəfər Cabbarlı”, həmçinin Türk dünyasının “Ən yaxşı teatr tənqidçisi” mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb.

İsrafil İsrafilov həm öz ölkəsində, həm də onun hüdudlarından kənarda tanınır.15 kitabın və 500-dən çox məqalənin müəllifidir.Böyük maraqla qəbul olunan monoqrafiyaları və dərs vəsaitləri xarici dillərə, ərəb, rus, fars dillərinə tərcümə olunub. İsrafil İsrafilovun səmərəli tədqiqatlarının nəticəsi olaraq “Zaman. Rejissor. Poetika”, “Həyatın səhnəsi,səhnənin həyatı”, “Teatr haqqında söhbətlər”, “Stanislavski və aktyor sənətinin qrammatikası” kimi kitablardan tələbələr  və elmi ictimaiyyət yararlanır.

O, yaradıcılıqla yanaşı, fəal səhnə fəaliyyəti ilə də məşğul olaraq, müxtəlif illərdə həm vətənində, həm də xaricdə tamaşalara quruluş verib.

İsrafil İsrafilov ardıcıl olaraq Çin, Hindistan, Gürcüstan, Polşa, Moldova, Rusiya, İsveç, Fransa, Böyük Britaniya, İtaliya, İran, Türkiyə teatrları ilə yaradıcılıq əlaqələri qurub. O, bu istiqamətdə Qazaxıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Xakasiya, Tuva, Tatarıstan, Başqırdıstan teatrlarının daxil olduğu 

Türkdilli ölkələrin dövlət teatrlarının yaradıcılıq əməkdaşlığına xüsusi önəm verir. İsrafil İsrafilov Türkdilli ölkələrin dövlət teatrlarının rəhbəri şurasının sədri kimi ardıcıl və səmərəli iş aparır, bu ölkələrin xalqları arasında yaradıcılıq inteqrasiyası, qarşılıqlı təsir və mədəniyyətlərin qarşılıqlı nüfuzu prosesinə öz töhfəsini verir.

Ona bütün işlərində uğurlar arzulayırıq!

Yuxarıda sadalananlara istinadən dəyərli alimin ad gününü bizdə təbrik edir və doğum günü münasibətilə onu təbrik edən həmkarlarının videomaterialını təqdim edirik:

@gununsesi.info

Bu gün sənətşünaslıq doktoru, professor, teatrşünas, Azərbaycanın Əməkdar incəsənət xadimi İsrafil Ramazan oğlu İsrafilovun doğum günündür. Gununsesi.info xəbər verir ki, İsrafil İsrafilov 40 ilə yaxındır ki, Azər­baycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir və müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir. Tanınmış alim Rusiya, İraq, Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı, İran, Ru­mıniya, Küveyt, Avstriya, Cənubi Koreya kimi ölkələrdə keçirilən beynəlxalq sim­pozium və konfranslarda respublikamızın elmi ictimaiyyətini təmsil edib. İsrafil İsrafilov filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor, bir çox beynəlxalq və respublika mükafatları laureatı, Azərbaycanın Əməkdar incəsənət xadimi, Türk­dilli ölkələrin dövlət teatrları şurasının sədri, Teatr Xadimləri İttifaqının idarə heyətinin və Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının, eləcə də Beynəlxalq Muzeylər Assosiasiyasının üzvüdür. O, ayrı-ayrı illərdə “Qızıl qələm”, “Qızıl dərviş”, “Humay”, “Ən yaxşı vətənpərvər tədqiqatçı alim”, “Haldun Taner”, “Cəfər Cabbarlı”, həmçinin Türk dünyasının “Ən yaxşı teatr tənqidçisi” mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb. İsrafil İsrafilov həm öz ölkəsində, həm də onun hüdudlarından kənarda tanınır.15 kitabın və 500-dən çox məqalənin müəllifidir.Böyük maraqla qəbul olunan monoqrafiyaları və dərs vəsaitləri xarici dillərə, ərəb, rus, fars dillərinə tərcümə olunub. İsrafil İsrafilovun səmərəli tədqiqatlarının nəticəsi olaraq “Zaman. Rejissor. Poetika”, “Həyatın səhnəsi,səhnənin həyatı”, “Teatr haqqında söhbətlər”, “Stanislavski və aktyor sənətinin qrammatikası” kimi kitablardan tələbələr və elmi ictimaiyyət yararlanır. O, yaradıcılıqla yanaşı, fəal səhnə fəaliyyəti ilə də məşğul olaraq, müxtəlif illərdə həm vətənində, həm də xaricdə tamaşalara quruluş verib. İsrafil İsrafilov ardıcıl olaraq Çin, Hindistan, Gürcüstan, Polşa, Moldova, Rusiya, İsveç, Fransa, Böyük Britaniya, İtaliya, İran, Türkiyə teatrları ilə yaradıcılıq əlaqələri qurub. O, bu istiqamətdə Qazaxıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Xakasiya, Tuva, Tatarıstan, Başqırdıstan teatrlarının daxil olduğu Türkdilli ölkələrin dövlət teatrlarının yaradıcılıq əməkdaşlığına xüsusi önəm verir. İsrafil İsrafilov Türkdilli ölkələrin dövlət teatrlarının rəhbəri şurasının sədri kimi ardıcıl və səmərəli iş aparır, bu ölkələrin xalqları arasında yaradıcılıq inteqrasiyası, qarşılıqlı təsir və mədəniyyətlərin qarşılıqlı nüfuzu prosesinə öz töhfəsini verir. Ona bütün işlərində uğurlar arzulayırıq! Yuxarıda sadalananlara istinadən dəyərli alimin ad gününü bizdə təbrik edir və doğum günü münasibətilə onu təbrik edən həmkarlarının videomaterialını təqdim edirik:

♬ оригинальный звук – Gununsesi.info

İlhamə Məmmədova

Gununsesi.info