Şeyxin yanında anti-terror müzakirələri….

  • By admin
  • 31 May 2016 12:19

şeyx1

İŞİD  terror təşkilatının Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəni terrorla hədələməsi  adıçəkilən idarədə narahatçılıqla qarşılanıb. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hazırda Qafqaz Müsəlmanları İdarəsinin  Qazilər Şurasının toplantısı başlayıb.

Məlumatda qeyd olunur ki, iclasda Şeyxin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilir.

Xatırladaq ki, iki gün əvvəl   İŞID terror təşkilatı QMİ sədrini terrorla hədələyib.

Gülnaz Qənbərli