Futbolçu 4 il azadliqdan məhrum edildi - Qalmaqalli məhkəmə bitdi

  • By admin
  • 31 May 2016 11:59

cavid- hus

Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gununsesi.info-nun xəbərinə görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda C. Hüseynova hökm oxunub. Hökmə əsasən, C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. C. Hüseynov və vəkili isə ittihamları qəbul etməyib, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyiblər.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayəti bilib gizlətmədkə ittiham olunur. Onu da qeyd edək ki, digər təqsirləndirilən şəxslər futbolçunun qohumlarıdır.