Sezen Aksu səhnəyə qayıtmayacaq

  • By admin
  • 19 Sentyabr 2019 14:50

Müğənni-bəstəkar Sezen Aksu Türkiyə şou-biznesinə qayıtmayacaq. Gununsesi.org xəbər verir ki, o, KİV-lərə açıqlamasında artıq səhnəyə çıxmaq istəmədiyini qeyd edib.

“Mən özümü belə rahat hiss edirəm, çox yaxşıyam. Səhnəyə qayıtmağı düşünmədim, düşünməyəcəm. Bundan sonra öz həyatımı yaşayacam”- deyə Aksu bildirib. 

Həmçinin, sənətçi həmkarı Murad Bozla bağlı açıqlama verib. Sezen Muradın yeni albomunda onun mahnısının yer alacağı barədə məlumatları təsdiq edib: “Muradı sevirəm, istədiyi mahnımı oxuya bilər”.

Gununsesi.org