Türkiyədə 6 PKK-lı polisə təslim oldu

  • By admin
  • 19 Sentyabr 2019 15:16

PKK terror təşkilatının 6 üzvü İraqın şimalındakı düşərgələrindən qaçaraq Şırnak vilayətinin Silopi rayonu yaxınlığında yerləşən Habur Sərhəd Məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olublar.

Gununsesi.org-un “hurriyet”ə istinadən verdiyi xəbərə görə, saxlanılan terrorçulardan 4-ü qadındır.

Faktla bağlı daha ətraflı məlumat verilmir.

Gununsesi.org