
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sibirə səyahət edən Məsudə Bülbül “Skylife” jurnalına Baykal gölündə yaşadıqlarını danışıb. O bildirib ki, Sibir dondurucu soyuqları və kəşf edilməmiş torpaqları ilə sehrli bir ərazidir.
Baykal gölü yüksək dağların arxasında, yamyaşıl ağacların əhatəsində bənzərsiz gözəlliyi və yüzlərlə bulağı olan ucsuz-bucaqsız sərhədləri olan Sibirin incisi kimi tanınır.
Sibirin cənubunda Rusiya Federasiyasının tabeliyində olan İrkutsk bölgəsi ilə Buryatiya Özerk Respublikasına bağlı Baykal gölü təxminən 25-30 milyon illik yaşı ilə dünyanın ən qədim gölüdür. Dünyada içməli su ehtiyatının beşdə birini özündə cəmləşdirən Baykal 1637 m dərinliyi və 636 km uzunluğu ilə Yer kürəsinin ən dərin şirin su gölüdür.

Ngar Cəfərli
Gununsesi.info












