Silahlı Qüvvələr döyüş hazırlığı vəziyyətinə gətirildi

  • By admin
  • 04 İyun 2016 13:57

 

Hazirliqb

Azərbaycan Silahlı Qüvvələrinin Kimya Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, təlim müdafiə naziri general-polkovnikZakir Həsənovun təsdiq etdiyi 2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirmək, qarşılıqlı əlaqənin təşkili üzrə təcrübə mübadiləsini həyata keçirmək, həmçinin şəxsi heyətin bölmələr tərkibində kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji dözümlülüyünü artırmaq olub. Şəxsi heyət ərazinin maketi, xüsusi texniki vasitə və avadanlıqlar, kimya-müşahidə postu, kütləvi qırğın silahlarından mühafizə texnikası və qurğuları ilə tanış olublar.

Bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetirib və onların fəaliyyəti yüksək qiymətləndirilib.

Gununsesi.info   

 

Hazirliq

 

Hazirliqdvbhn

 

Hazirliqsdfgh