Şimali Koreya Cənubi Koreyanın hərbi danışıqlar təklifini rədd edib

  • By admin
  • 07 Avqust 2017 09:30

simali koreya cenubi koreya

Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Ri Yong-ho cənubi koreyalı həmkarının iki ölkə arasında münasibətlərin qurulmasına dair təklifini rədd edib.

Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, nazirlər arasında qısa görüş Manilada keçirilib.

Bazar ertəsi burada başlayacaq ASEAN regional forumunun əsas mövzusu da Şimali Koreya ətrafındakı vəziyyətdir.

Yonhap xəbər agentliyi rəsmilərə istinadən yazır ki, KXDR naziri Seulun təşəbbüsünü rədd etməsini “cənub qonşusunda səmimiyyətin çatışmaması ilə” əsaslandırıb.

“Şimala təzyiqi gücləndirmək baxımından Cənubun ABŞ ilə əməkdaşlıq etdiyi bir zamanda təkliflər qeyri-səmimi görünür”, agentlik nazirin sözlərini sitat gətirib.

Bundan əvvəl şimallı nazir Çinin XİN başçısı Wang Yi ilə görüş keçirib və Çin nümayəndəsi bildirib ki, iki ölkə arasındakı danışıqlara ümid edir.

İyulun ortalarında Cənubi Koreya yarımadada gərginliyin azaldılması üçün hərbi nümayəndələrin danışıqlar aparılmasını və həmçinin Qırmızı Xaç xətti ilə dialoqu bərpa etməyi təklif edib.

İki ölkə arasında dialoqun bərpası ideyasını Cənubi Koreya prezidenti Moon Jae-in irəli sürüb. Danışıqlar dövlətlər arasındakı neytral zonada keçirilməli idi.

Gununsesi.info