“Şimali Koreya ilə döyüşə hazırıq” - DONALD TRAMP

  • Müəllif: admin
  • 11 Avqust 2017 20:30

IMG_2089

ABŞ prezidenti Donald Tramp ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, “Hərbi arsenalımız artıq tam öz yerindədir, doldurulub və döyüşə hazırdır, əgər Şimali Koreya özünü ağıllı aparmasa”, – o, “Twitter”də yazıb.

D.Tramp ümid etdiyini bildirib ki, Şimali Koreya lideri Kim Çen In başqa yol tapacaq.

Xatırladaq ki, D. Tramp son günlər Şimali Koreya ilə bağlı sərt bəyanatlar verir.