Şimali Koreya “Nüvə silahı istehsal etməkdən başqa çarəmiz yoxdur”

  • By admin
  • 25 İyun 2016 13:17

neve

 

Şimali Koreya ABŞ-ı nüvə silahı ilə təhdid edib. Gununsesi.info Xarici mətbuata istinadən məlumat verir ki, ölkənin Xarici İşlər Nazirliyinin ABŞ işləri üzrə məsul şəxsi Han Song-Ryol ABŞ rəhbərliyinin mövcud vəziyyəti dəyişdirəcəyinə ümid etmədiyini deyib.
“ABŞ hərbi təhdidlərə, sanksiyalara və iqtisadi təzyiqlərə son qoymalıdır. Başımıza silah dirədikləri halda, bizdən aradakı problemlərin həllini istəyirlər. Dünyanın ən böyük supergücü ilə düşmənsənsə, nüvə silahı istehsal etməkdən başqa variant yoxdur”, – o bildirib.
Onun sözlərinə görə, ABŞ Şimali Koreyanın strateji mövqeyini görməli və düşmən siyasətindən əl çəkməlidir.

 

Gununsesi.info