Şimali Koreya bazar günü sınaqdan çıxardığı raketin böyük nüvə başlığı daşıya bilən yeni tipli cihaz olduğunu bəyan edib.
Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, dik bucaq altında buraxılmış raket 2,000 km hündürlükdə 700 km məsafə qət edib və Yapon dənizinin qərbində suya enib.
Şimali Koreya rəsmiləri onu da deyib ki, bu, “inkişaf etmiş ballistik raketin” bacarıq sınağı idi.
Cənubi Koreya hərbisi Şimalın bu iddialarını təsdiqləyə bilməyib. Lakin bildirilib ki, Şimali Koreya raketləri qitələrarası ballistik raketlərin hazırlanmasında önəmli sayılan hərəkəti – atmosferə daxil olmaq və çıxmağı bacarır.
Şimalın bu il təkrarladığı raket testlərinin hamısı uğurlu olmayıb, amma hamısı BMT sanksiyalarının pozulmasıdır. Çünki beynəlxalq həyəcan doğurub və ABŞ ilə gərginliyi artırıb. Elə bu səbəbdən də ABŞ və Yaponiya çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.
Gununsesi.info