
Şimali Koreya növbəti dəfə qısa mənzilli 3 ballistik raket sınaqdan keçirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Strateji Komandanlığı məlumat yayıb.
Belə ki, Şimali Koreya Kanqvon bölgəsindən 3 qısa mənzilli ballistik raket sınaqdan keçirib. Lakin Pxenyanın bu cəhdi uğursuz alınıb. Raketlərin 2-i havada, 1-i isə atışdan dərhal sonra partlayıb.
Hazırda ABŞ və Cənubi Koreya Şimali Koreya ilə sərhəddə birgə irimiqyaslı əməliyyat-taktiki hərbi təlimlərə start veriblər.
Məlumatda həmin sınağın ABŞ üçün təhlükə yaratmadığı da vurğulanıb.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası, nüvə proqramı səbəbiylə Şimali Koreyaya 2006-cı ildən etibarən hərbi və iqtisadi sanksiyalar tətbiq edir.
Anar
Gununsesi.info