
Sinqapurda keçirilən aviaşou zamanı Cənubi Koreyanın pilotaj qrupuna məxsus təyyarələrdən biri yanıb.
Gununsesi.info xəbər verir ki, hadisə təyyarənin nümunəvi uçuşlara hazırlığı zamanı baş verib.
Yanğın nəticəsində pilot yüngül xəsarət alıb. Hadisədən sonra hava limanının bir uçuş-eniş zolağı bağlanıb və bütün nümunəvi uçuşlar təxirə salınıb.
Qeyd edək ki, Sinqapur aviaşousunda İndoneziya, Malayziya, ABŞ və Tayland pilotları da iştirak edir.
Gununsesi.info












