
Uzaq Şərqin qayda-qanuna ən çox riayət edən ölkəsi kimi tanınan və hər il minlərlə turistə öz qapılarını açan Sinqapurun eyniadlı paytaxtı olduqca təmiz və modern şəhərdir. Bu şəhərin adı ingiliscə “fine city” mənasını verir. “Fine” sözünün anlamı isə gözəl ilə yanaşı, həm də qadağa deməkdir. Həqiqətən də Uzaq Şərqin cənnəti sayılan Sinqapurda qeyri-adi qadağalar hökm sürməkdədir.
Gununsesi.info Sinqapurun maraqlı yasaqlarını təqdim edir.
– Sinqapurda hər hansı bir mülkün divarlarına şəkil çəkmək qadağandır. Bu, mülkə zərər vermək kimi mənalandırılır. Hətta sənət məqsədilə çəkilsə belə. Bu qadağaya məhəl qoymayanları ciddi cəza gözləyir.
– Sinqapurda avtomobil aldıqda onu park etmək üçün xüsusi yeri də əldə etmək istəyənlər təxminən maşının qiymətinin yarısı qədər əlavə pul ödəməlidir. Daimi park yeri olmayana avtomobil satılmır. Pulu ödəyib maşını aldıqdan sonra isə avtomobilin təmiz olub-olmaması daimi olaraq nəzarətdə saxlanılır. Maşın təmiz olmadıqda sahibinə ciddi miqdarda pul cəzası kəsilir.
– Sinqapurda ictimai yerlərdə saqqız çeynəmək və onu yerə atmaq qadağandır. Qadağaya məhəl qoymayanları 1000 dollar cəza gözləyir.
– Yerə tullantı atmaq dünyanın bir çox yerindı qadağandır. Eyni zamanda xoş görünməyən bir haldır. Sinqapurda isə bu, sərt şəkildə qadağan olunmuşdur. Cəzadən qurtulmaq üçün 1000 dolları ödəmək kifayət etmir. Yerə tullantı atan şəxs pulu ödəməklə yanaşı, müəyyən küçələri də təmizləməlidir.
– Sinqapurda bir ailənin sadəcə bir mənzil əldə etmək haqqı var. Hətta evlənməyə qərar verən cütlüyün hər ikisinin şəxsi evi varsa, onlardan biri öz mənzilindən imtina etməlidir.
– Sinqapur vətəndaşı olmayanların ev alma icazəsi yoxdur.
– Nə qədər qəribə görünsə də, Sinqapurda durian meyvəsi ilə ictimai nəqliyyata minmək qadağandır. Buna səbəb meyvənin qabığının pis qoxuya malik olmasıdır.
Gununsesi.info