Siqaretin qiyməti yenidən qalxdı - SİYAHI

  • By admin
  • 05 Sentyabr 2016 09:40

siqaret

Azərbaycanda bəzi siqaretlərin qiyməti qalxıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycanda bu gündən topdan və pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.

Belə ki, tütünə olan tələbatın, 50-% ə qədəri yerli istehsal hesabına ödənilir, bu məhsulların yarısından çoxu xaricdən idxal edilir. Ölkəmizdə artım məhz belə siqaretlərin qiymətində müşahidə olunur.

Apardığımız kiçik araşdırma nəticəsində tanınmış markaların qiymətində 20-30 qəpik artım müşahidə etdik. Satıcılar isə siqaretlərin qiymətinin istehsalçı firmalar tərəfindən artırıldığını deyirlər.

Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.

Gununsesi.info siqaretlərin yeni və əvvəlki qiymətlərini əks etdirən siyahını təqdim edir. 

– LD (nazik qutu) – 2.80 AZN  (əvvəlki satış qiyməti – 2.60 AZN)

– LD (qalın qutu) –  2.50 AZN (2.30 AZN)

– LD (göy qutu) – 2 AZN (1.70 AZN)

– LD (ağ qutu) – 1.80 AZN (1.60 AZN)

– Winchester (compact) – 1.70 AZN (1.50 AZN)

– Winchester (qalın qutu) – 1.60 AZN (1.40 AZN)

– Winston – 3 AZN (3 AZN)

– West (qalın qutu) – 1.70 AZN (1.50 AZN)

– West (compact) – 2 AZN (1.70 AZN)

– West (nazik qutu) – 2.90 AZN (2.60 AZN)

– Sobranie – 3.70 AZN (3.30 AZN)

– Kent (qalın) 3.30 AZN (3 AZN)

– Kent (nazik ) – 3.30 AZN (3 AZN)

– More – 1.40 AZN (1.20 AZN)

– Yava – 1.40 AZN (1.20 AZN)

– Viceroy (compact) – 1.70 AZN (1.50 AZN)

– Viceroy (nazik qutu) – 2.50 AZN (2.30 AZN)

– Rothmans (compact) – 2.50 AZN (2.30 AZN)

– Rothmans (nazik qutu) – 2.80 AZN (2.60 AZN)

– Classic (compact) – 1.70 AZN (1.50 AZN)

– Classic (uzun) – 1.80 AZN (1.60 AZN)

– Classic (qalın qutu) – 1.60 AZN (1.40 AZN)

– Prima – 1.40 AZN (1.20 AZN)

– P&S – 2.50 AZN (2.30 AZN).

Anar

Gununsesi.info