Şirvan 2 nəfərə xəsarət yetirən şəxs tutulub

  • Müəllif: admin
  • 31 Avqust 2017 13:18

hebs_932
Şirvan şəhərində münaqişə zəminində iki nəfərə bıçaqla xəsarət yetirən şəhər sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də Şirvan şəhərinin Xəqani küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib.

Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə M.Güləliyev tutulub.

Anar
Gununsesi.info