Tərtər sakini münaqişə zəminində həmyerlisinə bıçaqla ağır xəsarətlər yetirib

  • Müəllif: admin
  • 31 Avqust 2017 13:24

bicaq
Tərtər şəhərində münaqişə zəminində Borsunlu kənd sakininə bıçaqla çoxsaylı xəsarətlər yetirən şəhər sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 30-da Tərtər şəhəri ərazisindəki bazarın qarşısında şəhər sakini Tağı Həsənov münaqişə zəminində Borsunlu kənd sakini Ruslan Ağalarovun boyun nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Həsənov tutulub.

Anar
Gununsesi.info