“Araz” zavodunun ətrafından 10 partlamamış hərbi sursat tapılıb

  • By admin
  • 27 İyul 2016 18:27

herbi

 

Bu gün “Araz” zavodunun ətrafından 10 partlamamış hərbi sursat tapılıb.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatlarına əsasən 8 ev və həyətyanı sahəyə baxış keçirilib, 10 ədəd partlamamış hərbi sursat (8 ədəd PQ-9 raketi, 1 ədəd OF-56 122 mm-lik top mərmisi, 1 ədəd Q-530 152 mm-lik top mərmisi aşkar edilərək, götürülüb. Sursatların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Nəticə etibarilə 5000 kv.m ərazi yoxlanılıb.

 

Gununsesi.info